Haqqımızda

"Azvent Group"

 şirkəti 2008 - ci ildə təsis edilmişdir. Şirkət yarandığı tarixdən etibarən yaşayış və iaşə obyektlərində, müxtəlif istehsalat sahələrində, inzibati binalarda çoxcəhətli və çox funksiyalı havalandırma sistemlərinin quraşdırılması prosesini yüksək səviyyədə həyata keçirməkdədir. Kifayət qədər mürəkkəb proses olan bu sistemin ilkin və ən məsuliyyətli mərhələsi olan - layihələndirməni də həyata keçirir.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən təcrübəli şirkətlərdən biri olan "Azventgroup" artıq onlarla uğurlu layihələrə imza atıb. 2010 - cu ildən etibarən Türkiyənin məşhur "Karsac Havalandırma, Isıtma, Soğutma, Taaş.San.Tic.LTD" şirkəti daxilində podratçı missiyasını uğurla yerinə yetirmişdir.
Hal - hazırda da "Azventgroup"müxtəlif sistemlərin: havalandırma, isitmə və soyutma sistemlərinin layihələşdirilməsi, satışı və satış sonrası servis xidmətləri  sahəsində  fəaliyyət göstərir, dünya standartlarına uyğun ən müasir avadanlıqları müşdərilərinə təklif etməkdədir. Şirkət ay ərzində 15000 m2 həcmində havalandırma kanalı istehsal etmək iqtidarındadır. Burada müxtəlif növ, məsələn: prizmatik, yuvarlaq kanallar istehsal olunur.

Qloballaşma dövründə insanların sağlam yaşayışı üçün önəmli olan havalandırma sisteminin əhəmiyyətini  əvəzsiz olduğu üçün "Azventgroup" şirkəti keyfiyyətli  işi rəhbər tutaraq iş sistemini davamlı olaraq təkmilləşdirir.

 

 

Веб-портал JooMix.