Fankoyl

Fankoyllar split-sistemlərin daxili bloklarına oxşayırlar və müxtəlif növdə olurlar – divarüstü, döşəməüstü, tavanaltı, kanal tipli və s. Fankoyllar korpussuz formasında da buraxıla bilərlər. Bu cür fankoyllar xeyli ucuzdurlar və gizli quraşdırma üçün nəzərdə tutulublar (asma tavan arxasında, dekorativ qutuda döşəmədə və s.). Fankoylun içində var:

 
  • Radiator (istilik mübadilə edən). Fankoyllarda bir və ya iki radiotor quraşdırılır. Birinci halda fankoyl iki borulu, ikinci halda isə dörd borulu adlandırılır. Dörd borulu fankoyl eyni anda çillerə və mərkəzi isitmə sisteminə birləşdirilir və qışda mərkəzdənqaçma isitmə sisteminin radiatoru kimi işləyir.
  • Elektrik mühərriki ilə ventilyator. Ventilyatorun fırlanma sürətini dəyişərək fankoylun soyuq istehsalını tənzimləyir. Qeyd edək ki, otaqda verilmiş temperatura çatan zaman yalnız ventilyator söndürülür, istilik daşıyıcısının fankoyl vasitəsilə axını isə dəyişmir. Buna görə də, söndürülmüş fankoylda alçaq intensivliklə də olsa otağın soyudulması davam edir. Bundan qacınmaq üçün radiatorun qarşısında adətən, xladagent axınını fankoylun yanından buraxan üç gedişli klapan quraşdırılır. Kondensatın toplanılması üçün altlıq.
  • Asanlıqla çıxarılan, yuyulan hava filtri. Fankoyldan keçən havanı tozdan, narın tüklərdən və s. təmizləyir.
  • Elektrik qızdırıcı. Bəzən fankoyla havanın qızdırılması üçün TENlər quraşdırılır.
  • İdarəetmə sistemi. Fankoyllar fərdi quraşdırılmış, məftil vasitəsilə işləyən və ya infraqırmızı idarəetmə pultları ilə təchiz edilirlər.
Sənaye kondisiyalaşdırma sistemlərinin müqayisəsi
Bu bölmədə yaşayış və ictimai binalara xidmət göstərilməsi üçün istifadə edilən sənaye kondisiyalaşdırma sistemlərini müqayisə edirlər, məhz: multizonal sistemlər, çiller-fankoyl sistemlər, mərkəzi və qapaq kondisionerləri. Şkaf və ən dəqiq kondisionerlər burda gödən keçirilmir, çünki onlar istehsalat və texnologiya otaqlarına xidmət etmək üçün istifadə edilirlər, yəni başqa tətbiq etmə sahələri var. Müqayisənin nəticəsi cədvəldə izah edilib:
Sistemin növüÇiller-fankoyl sistemləri
Tətbiq olunduğu sahəİnzibati və ofis binaları, mehmanxanalar, ticarət kompleksləri.
Ventilyasiya imkanıYoxdur. Ventilyasiya üçün adətən çillerdən soyudulan  əlavə mərkəzi kondisionerdən istifadə edilir
QiymətiOrta – 90 - 250 $/m².
Enerji sərfiyyatı Orta – təqribən 60 Vt/m²
Yerinə yetirilməsinin xüsusiyyətləri
 
Avadanlıq müxtəlif istehsalçılar tərəfindən təchiz edilir. Çoxlu sayda əlavə avadanlıqlar – nasoslar, istilik mübadilə edənlər, akkumulyator bakları, bağlayıcı və tənzimləyici ventillər. Layihələndirmə yüksək ixtisaslı mütəxəssislər tərəfindən yerinə yetirilir. Quraşdırma işləri yüksək ağırlıqla xarakterizə edilir və çoxlu vaxt tələb edir. Çillerin, kondensatorun və hidromodulun quraşdırılması üçün yer lazımdır.
İstismar xüsusiyyətləriXidmətçi personal zəruridir. İş rejimi həm mərkəzləşdirilmiş qaydada, həm də fərdi olaraq müəyyən edilir.
up